Ağır Atletika idman növü üzrə təlim-məşq toplanışı davam edir

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının  Şərur Olimpiya İdman Kompleksində ağır atletika idman növü üzrə təlim-məşq toplanışına başlanılıb. Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının müəllimləri tərəfindən aparılan təlim-məşq toplanışında21 idmançı iştirak edir. Onların 4-ü yerli idmançıdır. Artıq iki gündür davam edən təlim-məşq toplanışında   məqsəd bu idman növünün kütləviliyini artırmaq, qızları da bu idman növünə cəlb etmək və iyul ayında keçiriləcək Avropa çempionatına hazırlıqdır.  Təlim-məşq toplanışı may ayının 3 qədər davam edəcəkdir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: