Şahmatçımız İspaniyadakı beynəlxalq turnirdə növbəti dəfə heç-heçə edib

A- A A+

İspaniyada azərbaycanlı şahmatçının da iştirak etdiyi beynəlxalq turnir davam edir.

NUHÇIXAN xəbər verir ki, turnirin beşinci turunda qrossmeysterimiz Azər Mirzəyev növbəti dəfə heç-heçəyə imza atıb. Ötən turda onun rəqibi Fransa təmsilçisi Pierre Barbot olub. Dördüncü turda şahmatçımız rusiyalı Yevgeni Qleizerovla xalı yarı bölüb.

Qeyd edək ki, beş turdan sonra hesabında 4 xal olan şahmatçımız turnir cədvəlində yeddinci pillədədir. Altıncı turda idmançımız ispaniyalı şahmatçı Oma Garcia Blanco ilə qarşılaşacaq.

İsveçrə üsulu ilə keçirilən turnir aprelin 20-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: