Azərbaycanı U-17 Avropa çempionatında təmsil edəcək güləşçilər bəlli olub

A- A A+

Bolqarıstanın Samakov şəhərində keçiriləcək U-17 Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər bəlli olub.

Azərbaycan Güləş Federasiyasından NUHÇIXAN-a bildirilib ki, qitə birinciliyində açılışı yunan-Roma güləşi üzrə millinin üzvləri edəcəklər. Yığmanın heyətində Əli Cavadlı (45 kiloqram), Ömər Salmanov (48 kiloqram), Hüseyn Mustafazadə (51 kiloqram), Qurban Məcnunov (55 kiloqram), Elmir Çərkəzov (60 kiloqram), Orxan Həbibli (65 kiloqram), Əli Məmmədov (71 kiloqram), Zəka Yusubov (80 kiloqram), Zöhrab Səfərov (92 kiloqram) və Məhəmməd Mustafayev (110 kiloqram) mübarizəyə start verəcək.

Daha sonra estafet qadın güləşinə keçəcək. Burada Gülxanım Şirinova (40 kiloqram), Nuray Cəfərli (46 kiloqram), Xədicə Qurbanzadə (49 kiloqram), Fatimə Bayramova (53 kiloqram), Məryəm Əmrəli (57 kiloqram), Fidan Babayeva (61 kiloqram), Nuray Həsənli (65 kiloqram) və Simurə Abdullayeva (69 kiloqram) çıxış edəcəklər.

Yarışın sonlarında Tunar Həsənov (45 kiloqram), Hüseyn Rzazadə (48 kiloqram), İbrahim Həsənov (51 kiloqram), Abbas Şəfiyev (55 kiloqram), Vahid Məmmədov (60 kiloqram), Rəşid Nazarov (65 kiloqram), Tunar Quliyev (71 kiloqram), Nihad Süleymanlı (80 kiloqram), Elgün Kərimli (92 kiloqram) və Hakim Tağıyev (110 kiloqram) uğur qazanmağa çalışacaqlar.

Mayın 11-dən 17-dək “Samokov Arena”da keçiriləcək yarışda gündüz seansının görüşləri Bakı vaxtı ilə saat 11:30-da, axşam seansının qarşılaşmaları isə 19:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında ədaləti I dərəcəli hakimlər Həbib Nurulu, Zaur Şərifov və Eldar Bayramov qoruyacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: