Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfinfən keçirilən yarışda 70 idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.

Mayın 8-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirin mükafatlandırma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ilk üç yerin sahiblərini diplom və medallarla təltif edib.

Nəticələrə əsasən Cahangir Əhmədov (45 kq), Əlcəfər Musayev (48 kq), Ələkbər Əsgərov (51 kq), Məcnun Abbasov (55 kq), Məhəmməd Hümbətov (60 kq), Toğrul Əlili (65 kq), Hüseyn Rəcəbli (71 kq), Rüzgar Hacıyev (80 kq), Hüseyn Əliyev (92 kq) və Cəbrayıl Əhmədov (110 kq) müvafiq çəki dərəcələrində birinci olublar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: