“Qarabağ”ın 2024/2025-ci illər mövsümündə həyata keçirdiyi ümumi bilet satışının sayı açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat Ağdam təmsilçisinin ilk dəfə açıqladığı Dayanıqlılıq Hesabatında yer alıb.
Hesabata əsasən, klub ötən mövsüm keçirdiyi matçlara ümumilikdə 210 min 670 bilet satılıb. Bunun 177 min 670-i UEFA Çempionlar Liqası və Avropa Liqasının, 33 000-i isə daxili yarışların payına düşür.
