Boks üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Məqsəd dahi şəxsiyyətin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini gənc nəsil arasında təbliğ etmək, onun əziz xatirəsinə hörmət və ehtiramı ifadə etməkdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində Heydər Əliyevin doğum gününə həsr olunmuş yeniyetmələr, gənclər və böyüklər arasında boks üzrə muxtar respublika birinciliyi keçirilib. Yarışda şəhər və rayon komandalarının tərkibində ümumilikdə 93 idmançı 23 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Sonda mükafatlandırma təşkil olunub. Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ilk üç yerin sahiblərini diplom və medallarla təltif edib.