Azərbaycanlı MMA idmançısı növbəti döyüşünə çıxacaq

A- A A+

Azərbaycanlı MMA (qarışıq döyüş növləri üzrə) idmançısı “TT Fight” klubunun üzvü Nəriman Abbasov növbəti döyüşünə çıxacaq.

NUHÇIXAN xəbər verir ki, aprelin 26-da Moskvada “Fight Nights Global 93” döyüş proqramı çərçivəsində keçirilən turnirdə 70 kq çəki dərəcəsində Abbasov qazaxıstanlı Kuat Xamitovla döyüş keçirəcək. Moskvanın “Mıtişi” arenasında təşkil ediləcək döyüşün qalibi turnirin çempion kəmərini qazanacaq.

Qeyd edək ki, Nəriman peşəkar MMA-da keçirdiyi 26 görüşdən yalnız üçündə məğlub olub. O, son səkkiz döyüşdə qələbə qazanıb. İdmançımızın rəqibi 31 yaşlı qazaxıstanlı döyüşçü Kuat Xamitov karyerası ərzində 25 döyüş keçirib, onlardan altısında məğlub olub, 1-i heç-heçə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: