Aprelin 19-da Rabatda Karate 1 Premyer Liqa seriyasından turnir start götürüb.
NUHÇIXAN xəbər verir ki, aprelin 21-dək davam edəcək nüfuzlu yarışda Azərbaycanı 14 idmançı təmsil edir. Kişilərdən ibarət yığma komandanın heyətində Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (84+) yer alıblar. Qadınlar arasında yarışlarda Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) mübarizə aparırlar. Roman Heydərov isə kata üzrə yarışda qüvvəsini sınayır.
Turnirə 78 ölkədən 700-ə yaxın karateçi qatılıb.