WUF13-də Azərbaycanda keçiriləcək U-20 dünya çempionatı ilə bağlı stend qurulub - FOTOLAR
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil edilən "Urban Expo" sərgisində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) xüsusi interaktiv stendi qurulub.
NUHÇIXAN xəbər verir ki, "FIFA U-20 World Cup Azerbaijan & Uzbekistan 2027" yazılmış stend beynəlxalq tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanır.
Stenddə dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq, idmanın kütləviliyi, sağlam gənclik və inklüzivlik ideyaları ön plana çıxarılıb.
Qeyd edək ki, futbol üzrə U-20 dünya çempionatı gələn il Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək.