Anaklaudia Rossbax: İdman şəhərlərin planlaşdırılması və inkişaf siyasətinin ayrılmaz hissəsi olmalıdır

A- A A+

İdman şəhərlərin planlaşdırılması və inkişaf siyasətinin ayrılmaz hissəsi olmalıdır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərlərdə idmanın inteqrasiyası” mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, idman şəhərləri dəyişdirmək gücünə sahibdir: "Şəhərlərin qurulması və idarə olunması insanların necə yaşadığına, hərəkət və istirahət etdiyinə və cəmiyyətə necə qoşulduğuna təsir edir. Evlə təminat, rahat hərəkət və ictimai məkanlar şəhər həyatı üçün nə qədər vacibdirsə, insanların idman, oyun və istirahət vasitəsilə inkişaf etməsi və bir-biri ilə əlaqə qurması üçün imkanların olması da bir o qədər önəmlidir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: