Mayın 2-6-da Bakı İdman Sarayında budo döyüş növləri üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə təşkil ediləcək.
Federasiyadan NUHÇIXAN-a bildiriblər ki, turnirdə Azərbaycan, Pakistan, İraq, Əfqanistan, İran, Gürcüstan, Özbəkistan, Zimbabve, Türkiyə, Kipr, Rusiya, Banqladeş və Hindistandan olan 600-ə yaxın idmançı çıxış edəcək. Yarışlarda qızlar və oğlanlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparacaqlar. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək.
Yarışın açılış mərasimi mayın 4-də saat 15:00-da başlayacaq.