“Real Madrid” klubu “Adidas” şirkəti ilə 1,6 milyard avroluq müqavilə imzalayıb

A- A A+

“Real Madrid” futbol klubu ilə sponsoru “Adidas” şirkəti arasında yeni müqavilə imzalanıb.

NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, müqaviləyə əsasən, “Adidas” şirkəti 12 il ərzində Madrid təmsilçisinə 1,6 milyard avro ödəyəcək. Həmçinin şirkət Madrid klubunun ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunda reklam zonası əldə edəcək.

Qeyd edək ki, “Barselona” klubunun sponsoru “Nike” şirkəti hər il Kataloniya təmsilçisinə 155 milyon avro ödəyir. “Mançester Yunayted” isə “Adidas” şirkətindən ildə 94 milyon avro alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: