NUHÇIXAN xəbər verir ki, İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər (2002-2004-cü illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi olub.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 40-dan çox idmançı öz qüvvələrini sınayıb. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə, Tuncay Məmmədov 45 kq, Uğur Məmmədov 48 kq, Orxan Hacıyev 51 kq, Hüseyn Əhmədli 55 kq, Heydər Nəcəfov 60 kq, Abbas Nəzərəliyev 65 kq, Heydər Heydərov 71 kq, Rəvan Bayramov 80 kq, Qoca Əhmədov 92 kq və Nuran Vəliyev 110 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.