Azərbaycan sumoçusu Çingiz Səmədov Estoniyanın paytaxtı Tallində keçirilən sumo üzrə XXIII Avropa çempionatında qızıl medal qazanıb.
NUHÇIXAN xəbər verir ki, Ç.Səmədov 100 kiloqram çəki dərəcəsində Avropa çempionu olub. İlk görüşdə (100 kq) Polşa idmançısını məğlub edən Ç.Səmədov dörddəbir finalda Rusiya təmsilçisini üstələyib. Sumoçumuz yarımfinalda gürcüstanlı idmançını məğlub edərək finala vəsiqə qazanıb. Ç.Səmədov finalda daha bir polşalı rəqibini məğlub edərək Avropa çempionu olub.
Xatırladaq ki, idmançılarımız çempionatda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi ilə mübarizə aparırlar.
Qarşılaşmaların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Rəsul Həsənov təmsil edir.
Avropa çempionatında 17 ölkədən 350-dən çox idmançı gücünü sınayır.