İspaniyada şahmat üzrə Pedro Lezcano Montalvo XII beynəlxalq turniri başa çatıb.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan şahmatçısı Azər Mirzəyev turnirdə 7,5 xalla ikinci yeri tutub.
Yarışın qalibi 7,5 xalla Vadim Moiseenko olub. O, əlavə göstəricilərə görə təmsilçimizi üstələyib. Üçüncü pillədə isə Fransa idmançısı Thibault Fantinel qərarlaşıb.