İspaniya La Liqası: “Real Madrid” “Atletik Bilbao” klubunun qapısından üç cavabsız top keçirib

A- A A+

Madridin "Real" klubu İspaniya çempionatının 33-cü turunun matçında "Atletik Bilbao"ya qalib gəlib.

NUHÇIXAN xəbər verir ki, Madridin "Santyaqo Bernabeu" stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real"ın hücumçusu Kərim Benzema qarşılaşmada "het-trik" edib.

Qeyd edək ki, madridlilər dörd xalla İspaniya çempionatının yarış cədvəlində paytaxt "Atletiko"sundan geri qalaraq üçüncü yeri tutmaqda davam edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: