Yeniyetmə atletlər Naxçıvanda təlim-məşq toplantısındadırlar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ağır Atletika üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının üzvləri Şərur Olimpiya İdman Kompleksində təlim məşq prosesinə cəlb ediliblər.

Aprelin 15-dən etibarən məşqlərinə başlayan yeniyetmə atletlərimiz qarşıdan gələn Azərbaycan birinciliyi, eləcə də, Rumıniya və Moldovada yeniyetmələr arasında keçiriləcək Avropa birinciliyinə hazırlaşırlar. 4 məşqçi, 1 həkim və 21 atletdən ibarət yığma komandanın üzvləri Şərur Olimpiya İdman Kompleksində məşqlərini davam etdirirlər. Atletlərdən 12-si oğlan, 9-u isə qız idmançılardır. Komandanın üzvləri arasında Azərbaycan və Avropa birinciliklərində medal qazanan atletlər də var. Təlim-məşq toplanışına Naxçıvan atleti, Azərbaycan çempionatının mükafatçısı Gülcahan Əliyeva da qatılıb.

Onu da bildirək ki, yeniyetmələrdən ibarət yığma komandanın təlim məşq prosesləri mayın 3-də başa çatacaq.

Elvin Quliyev  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: