Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi yekunlaşıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Birincilik Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən birincilikdə 50-yə yaxın idmançı iştirak edib. Güləş idman növünü yeniyetmələr arasında təbliğ etmək məqsədi daşıyan yarışda idmançılar 10 çəki dərəcəsində qalib olmaq üçün mübarizə aparıblar. Nəticələrə gəldikdə isə müvafiq çəki dərəcələri üzrə Tuncay Məmmədov, Uğur Məmmədov, Orxan Hacıyev, Hüseyn Əhmədli, Heydər Nəcəfov, Abbas Nəzərəliyev, Heydər Heydərov, Rəvan Bayramov, Qoca Əhmədov və Nuran Vəliyev rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər.

Qalib gələn idmançılara diplomlar təqdim olunub.

                                                                      Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: