Futbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası mayın 6-dan 11-dək Belarusun paytaxtı Minskdə keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, millimiz Farer adaları, Belarus və Qazaxıstan yığmaları ilə üz-üzə gələcək.
Millimiz ilk oyununu mayın 7-də Farer adaları komandasına qarşı keçirəcək. İki gün sonra futbolçularımız Belarus, mayın 11-də isə Qazaxıstan millisi ilə qarşılaşacaqlar.