NUHÇIXAN xəbər verir ki, kişi voleybolçular arasında keçirilən Naxçıvan Muxtar Respublika açıq birinciliyinə Naxçıvan Dövlət Universiteti ev sahibliyi edir.
Ali təhsil müəssisəsinin İdman Kompleksində keçirilən yarış “Naxçıvan Muxtar Respublikası–95” devizi ilə təşkil olunub. Dairəvi sistemlə qalibin müəyyənləşəcəyi mübarizədə Naxçıvan şəhəri və bölgələri təmsil edən 8 komanda yer alıb. Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdikləri birincilik voleybolun inkişaf etdirilməsi, bu sahədə kütləviliyə nail olmaq və muxtar respublikanın 95 illik yubileyini qeyd etmək məqsədilə keçirilir.
Qeyd edək ki, yarışa aprelin 24-də yekun vurulacaq. Qalib komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Emil Səmədov