Avropa çempionatı: Azərbaycan minifutbol millisi 1/8 final oyununa çıxır

A- A A+

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununu keçirəcək.

NUHÇIXAN xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/8 finalda Qazaxıstan seçməsi ilə qarşılaşacaq. "Tipos Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: