İyunun 1-dən 10-dək Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq futbol üzrə Azərbaycan millisi həmin ölkəyə yola düşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə AFFA-nın sosial media hesablarında məlumat paylaşılıb.
Yığma Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San-Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır.
