UEFA Çempionlar Liqasının 2018/2019-cu il mövsümündə qrup mərhələsində birbaşa oynayacaq 26 komandanın hamısı bəlli olub.
NUHÇIXAN xəbər verir ki, son vəsiqəni “Latsio”nu 3:2 hesabı ilə məğlub edərək İtaliya A seriyasında dördüncü yeri təmin edən “İnter” əldə edib. Milan təmsilçisi 2011/2012-ci il mövsümündən sonra ilk dəfə qitənin ən ali klub yarışına qatalacaq.
Qrup mərhələsində İspaniyadan – “Barselona”, “Real Madrid”, “Atletiko Madrid”, “Valensiya”, İtaliyadan – “Yuventus”, “Napoli”, “Roma”, “İnter”, İngiltərədən – “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Liverpul”, Almaniyadan – “Bavariya”, “Şalke”, “Xoffenxaym”, “Borussiya Dortmunt”, Fransadan – PSJ, “Monako”, “Lion”, Rusiyadan – “Lokomotiv” və ÇSKA, Portuqaladan – “Porto”, Ukraynadan – “Şaxtyor”, Belçikadan – “Bruqqe”, Türkiyədən – “Qalatasaray” və Çexiyadan “Viktoriya Plezen” iştirak edəcəklər.
Qeyd edək ki, qrupun digər 6 iştirakçısı təsnifat mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu “Qarabağ” klubuda var. Çempionlar Liqasının yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları iyunun 10-da və 11-də, cavab matçları isə iyunun 17-də və 18-də keçiriləcək.
Qrup mərhələsinin oyunlarına isə sentyabırın 18 və19-də start veriləcək.