Naxçıvan kikboksçuları Bakıda keçirilən turniri uğurla tamamlayıblar - FOTOLAR

A- A A+

Naxçıvan kikboksçuları Bakıda keçirilən turniri uğurla tamamlayıblar

NUHÇIXAN xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib. Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 28 klubdan ümumilikdə 300-dən çox idmançı iştirak edib. 

Yarışda Naxçıvanın “Ləvənt Bulut” döyüş klubundan baş məşqçi Etibar Qəribovun rəhbərliyi ilə 6 idmançı qüvvəsini sınayıb. Turnirin qala gecəsində “low-kick” və “K1” növləri üzrə çıxış edən klub idmançıları uğur qazanıblar. Müvafiq növ və çəki kateqoriyasında mübarizə aparan Tuncer Qulusoy (77 kq), Əli Yasinli (70 kq), İbrahim Bağırlı (57 kq), Hüseyn Behbudov (37 kq), Rəşit Quluzadə (29 kq) və Samir Əliyev (26 kq) qala gecəsinin qalibi qismində kuboka layiq görülüblər. 

Tədbir Milli Qəhrəman Asif Məhərrəmovun xatirəsinin əbədiləşdirilməsi, gənclər arasında vətənpərvərlik ruhunun təbliği və ölkəmizdə kikboksinq idman növünün inkişafına dəstək məqsədi daşıyıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: