Bakının ev sahibliyi edəcəyi Dünya Kubokunda iştirak edəcək Azərbaycanın akrobatika gimnastları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından NUHÇIXAN-a bildirilib ki, yarışda milli komandanın 7 idmançısı bacarığını nümayiş etdirəcək.
Daniel Abbasov-Murad Rəfiyev və Seymur Cəfərov-Rəsul Seyidlidən ibarət kişi cütlükləri, Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupu medallar uğrunda yarışacaq.
Qeyd edək ki, iyunun 5-7-də Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 10-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar.
