Azərbaycanın U-21 millisi Pakistanla yoldaşlıq görüşü keçirəcək

A- A A+

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

AFFA-dan NUHÇIXAN-a bildirilib ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

İyunun 9-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək.

Qeyd edək ki, U-20-nin Qəbələdəki toplanışı iyunun 10-da başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: