Futbol turnirində xarici tələbələr qalib olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr futbol yarışlarında göstərdikləri uğurlu nəticəyə görə mükafatlandırılıblar.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov ali təhsil ocağının hər bir sahədə olduğu kimi idmanda, xüsusən də futbolda nailiyyətlərinin kifayət qədər olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, təşkil edilən futbol komandası universiada da göstərdiyi uğurlu nəticəyə görə hətta Azərbaycan, Türkiyə universitetləri arasında keçirilən futbol çempionatına da qatıla bilər. Prorektor qalib komandanın hər bir üzvünü təbrik edib, tələbələrə pul mükafatı təqdim edilib.

Xarici tələbələr üzrə dekan, dosent Ceyran Quliyeva əcnəbi tələbələr üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlığını bildirib. Tələbələrdən Stomatologiya ixtisası üzrə hazırlıq kursunun tələbəsi Gür Çetin, Menecment ixtisası üzrə hazırlıq kursunun tələbəsi Samson Oni Olavale vurğulayıblar ki, muxtar respublikada bizim üçün yaradılan rahat şərait nəticəsində özümüzü evimizdə kimi hiss edirik. Burada bizə  yaradılan şərait təhsillə bərabər, boş vaxtlarımızı da səmərəli keçirməyə imkan verir.

Qeyd edək ki, universitetdə artıq ənənəvi qaydada 16 idman növü üzrə keçirilən yarışlarda əcnəbi tələbələrin də iştirakı mütəşəkkil qaydada təşkil olunur və yarışlarda uğurlu nəticələr əldə edilir.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: