Məhkəmə Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sadettin Saranla bağlı qərar çıxarıb.
NUHÇIXAN xəbər verir ki, qərara əsasən, funksionerə “qanunsuz mərc oyunlarına təşviq” ittihamı üzrə 2 il 6 ay müddətinə həbs cəzası verilib.
Məlumata görə, qərar İstanbulda keçirilən məhkəmə iclasında elan olunub. Hadisə ilə bağlı əlavə hüquqi prosedurların davam edə biləcəyi bildirilir.
Qeyd edək ki, Sadettin Saran ötən ilin sentyabrından “Fənərbağça”nın prezidentidir. O, iyunun 6-7-də keçiriləcək prezident seçkilərində namizəd olmayacağını açıqlayıb.
