İspaniyanın “Real Madrid” komandasının yeni baş məşqçisi olacaq Joze Mourinyo komandada görmək istəmədiyi futbolçuların siyahısını müəyyənləşdirib.
NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Fran Qarsiya, Raul Asensio, Dani Sebalyos, Franko Mastantuono, Rodriqo və Eduardo Kamavinqanı gələcək planlarına daxil etməyib.
Bildirilib ki, sözügedən futbolçular yay transfer dövründə komandanı tərk edə bilərlər.
Qeyd edək ki, hazırda ölkəsinin “Benfika” kollektivinə başçılıq edən Joze Mourinyonun Madrid təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayacağı gözlənilir. O, 2010-2013-cü illərdə də “kral klubu”nun sükanı arxasında olub.
