“Sabah” futbolçusu Tellur Mütəllimovla müqaviləni yeniləyib.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, 31 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2 ildir.
Tellur Mütəllimov 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu Bakı klubunda ümumilikdə 102 oyun keçirib. O, “Sabah”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunun sahibi olub.
