Atıcılıq üzrə muxtar respublika birinciliyi başa çatıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Şərur Rayon Atıcılıq Bölməsindəatıcılığın tir növü üzrə muxtar respublika birinciliyi keçirilib. Birinciliyə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Atıcılıq Federasiyasından beynəlxalq dərəcəli hakimlər dəvət olunublar. 1 şəhər və 7 rayon komandalarının təmsil olunduğu yarışda ümumilikdə 40 nəfər iştirak edib.
Yekun nəticələrə əsasən Naxçıvan şəhər komandası I, Culfa rayon komandası II, Şahbuz rayon komandası III yerə layiq görülüblər. Qeyd edək ki, yarışda birinci pillədə qərarlaşan komanda bu ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulan respublika birinciliyində iştirak edəcək.
Gənclərin idmana cəlbi və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə yönəldilmiş tədbirlər planı çərçivəsində keçirilən yarışın təşkilatçıları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasıdır.