Azərbaycan cüdoçuları Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTOLAR

A- A A+

Azərbaycanın cüdo millisi Estoniyanın paytaxtı Tallində keçirilən Avropa Açıq Turnirini 3 medalla başa vurub.

 

Bu barədə NUHÇIXAN-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

 

Yarışın son günündə Gültac Məmmədəliyeva (52 kq) bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Keytlin Barberi məğlub edib.

 

Xatırladaq ki, turnirin ilk günündə Fidan Əlizadə (63 kq) gümüş, Madina Kaisinova (+78 kq) isə bürünc medal əldə etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: