“Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

A- A A+

İspaniyanın “Real Madrid” klubunun futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub.

NUHÇIXAN xəbər verir ki, futbol komandası La Liqada 86 xalla 2-ci yeri tutub. “Kral klubu” Çempionlar Liqası ilə 1/4 final mərhələsində vidalaşıb. Madrid təmsilçisi İspaniya Kral Kubokunda isə 1/8 finaladək irəliləyə bilib. Komanda, həmçinin İspaniya Superkuboku uğrunda matçda “Barselona”ya məğlub olub.

Basketbol komandası isə bu mövsüm Avroliqa “Dördlər Finalı”na yüksəlsə də, həlledici matçlarda Yunanıstan “Olimpiakos”una uduzub. Kollektiv daxili yarışlarda – İspaniya Liqası və Kubokunda da titulsuz qalıb.

Qeyd edək ki, "Real Madrid" futbol və basketbolda sonuncu dəfə 2009/2010-cu illər mövsümündə bu halla üzləşmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: