Sədərəkdə şahmat yarışı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Sədərək Rayon Təhsil Şöbəsinin və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Sədərək rayon Şahmat məktəbində ümumtəhsil məktəbliləri arasında Tempo yarışı keçirilib.

Yarışdan əvvəl Şahmat məktəbinin direktoru Elman Əliyev vurğulayıb ki,  rayonda şahmata diqqət və qayğı yüksək səviyyədədir. Şagirdlərimiz  şahmat turnirlərində  fəal iştirak edir və rayonlararası yarışlarda öz güclərini sınayırlar.

Rayon Təhsil Şöbəsinin əməkdaşı Arzuman Abdullazadə bildirib ki, Rayon Təhsil Şöbəsi və Şahmat Federasiyasının yerli bölməsi şahmat yarışlarının keçirilməsini daimi diqqət mərkəzində saxlayır. Eləcə də Naxçıvan Muxtar Respublikasının rayonları arasında keçirilən yarışlarda şagirdlərimizin iştirakları  təmin olunur.

Yarışda rayon ümumtəhsil məktəblərindən 25 şagird iştirak edib. Gərgin keçən turnirin sonunda Murad Rzayev 3-cü, Nurgül Qurbanova 2-ci, Gökan Hüseynov isə 1-ci yerə layiq görülüblər. Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar .

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: