Mən uşaqlıq dövründən iki ölkəyə azarkeşlik edirəm. Bunlar Niderland və Portuqaliya milliləri olub.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlaması zamanı deyib.
O, Eysebio və Yohan Kroyffu çox sevdiyini bildirib: “Onların dövründən oyunlara maraqla baxıram. Yenə də həmin komandalara azarkeşlik edəcəyəm. Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik”.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
