Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb

A- A A+

“Sabah”ın futbolçusu Xəyal Əliyev Azərbaycan milli komandasının düşərgəsindən ayrılıb.

AFFA-dan NUHÇIXAN-a verilən məlumata görə, Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə zədələnən yarımmüdafiəçi müalicə olunmaq üçün İspaniyanın paytaxtı Madridə gedib.

Qeyd edək ki, Azərbaycan – Malta görüşü rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: