Voleybol üzrə keçirilən Naxçıvan Muxtar Respublika açıq birinciliyi başa çatıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, 22-24 aprel 2019-cu il tarixlərdə “Naxçıvan Muxtar Respublikası-95” devizi altında voleybol üzrə kişilər arasında keçirilən Naxçıvan Muxtar Respublika açıq birinciliyi başa çatıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 1 şəhər və 7 rayonun komandası iştirak edib. Yekun nəticələrə əsasən, Naxçıvan şəhər komandası I, Sədərək rayon komandası II, Culfa rayon komandası III yerə layiq görülüb. Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Eyni zamanda birinci yerdə qərar tutan Naxçıvan şəhər komandasına kubok təqdim edilib.