İyunun 18-dən 28-dək Mərakeşin Tanjer şəhərində optimist sinfi üzrə dünya çempionatı keçiriləcək.
Su İdman Növləri Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən ən güclü gənc yelkənçilərin bir araya gələcəyi nüfuzlu yarışda Azərbaycan 5 idmançı ilə təmsil olunacaq.
Komandanın heyətində Amira Bayramova, Furkan Mustafayev, Səma Mansurzadə, Kamal Bəşirli və Emel Məmmədli yer alıblar.
Qeyd edək ki, optimist dünya çempionatı gənc yelkənçilər üçün ən mötəbər beynəlxalq yarışlardan biri hesab olunur. Qitə birinciliyində iştirak idmançıların beynəlxalq təcrübələrinin artırılması və gələcək uğurları baxımından mühüm əhəmiyyət daşıyır.
