Mini-futbol birinciliyinə start verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər  və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə  aprelin 24-də İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin süni örtüklü mini-futbol meydançasında yeni yarışa start verilib. Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında keçirilən  mini-futbol birinciliyi “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilir.  

Birincilikdə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov bildirib ki, yarışın məqsədi məktəbliləri zərərli vərdişlərdən uzaq tutmaqdır. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Uşaq-Gənclər İdman Məktəbinin direktoru Məmmədcəfər Əliyev  yarışın qaydaları haqqında məlumat veriblər.  Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 17 tam orta məktəbin komandası iştirak edir.

3 gün davam edəcək birinciliyin final oyunları aprelin 26–da   keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: