Azərbaycan millisi FIFA reytinqində iki pillə geriləyib

A- A A+

Azərbaycan millisi FIFA reytinqində iki pillə geriləyib.

NUHÇIXAN xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv hazırda 1132.00 xalla 126-cı sırada qərarlaşıb.

Komanda bu ay yoldaşlıq oyununda Maltaya uduzub (0:2), San Marinoya isə qalib (2:1) gəlib.

Xatırladaq ki, reytinqdə son dünya çempionu Argentina seçməsi (1877.27) liderdir. İspaniya (1874.71) ikinci, Fransa (1870.70) üçüncü yerdədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: