DÇ-2026: Cənubi Koreya Çexiya üzərində əzmkar qələbə qazanıb

A- A A+

Futbol üzrə dünya çempionatında A qrupunun Cənubi Koreya - Çexiya görüşü baş tutub.

NUHÇIXAN xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar 2:1 hesablı əzmkar qələbə qazanıblar.

Hesabı çexlər açıblar. 59-cu dəqiqədə Ladislav Kreyçiy başla dəqiq oynayıb. Lakin özündə güc toplayan Cənubi Koreya seçməsi Hvan İn Bom (67) və O İn Qyunun (80) qolları ilə qalib gəlib.

Qeyd edək ki, qrupun və DÇ-2026-nın açılış matçında Meksika Cənubi Afrika Respublikası (CAR) millisinə 2:0 hesabı ilə qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: