Şərurda atıcılıq idmanı üzrə yarış olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur Atıcılıq Klubunda Yeniyetmələrin XII Respublika Oyunlarına seçim məqsədi  daşıyan zona yarışı keçirilib. Azərbaycan və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri ilə Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyanın birgə təşkil etdikləri birincilikdə Naxçıvan şəhəri və bölgələri təmsil edən 8 komanda yer alıb. 5 məktəblidən ibarət komandaların heyətindəki hər bir üzv üçün 3 yoxlama və 10 hesablanan atış imkanı yaradılıb. Atışlar təcrübəli məşqçi və hakimlərin müşayiəti ilə icra olunub. Bakıdan dəvət olunan yığma komandanın məşqçiləri, güllə atıcılığı üzrə beynəlxalq dərəcəli hakimlər Səadət Əhmədova və Olqa Stepanovna yarış boyu öz təcrübə və biliklərini yeniyetmə idmançılara çatdırıblar.  

Nəticələrə gəlincə hədəfi ən sərrast və dəqiq şəkildə nişan alan komanda Naxçıvan şəhərinin təmsilçiləri olublar. Onlar ümumilikdə 63 xal toplayaraq birinci pillədə yer alıblar. 60 xallıq göstərici ilə Culfa komandası ikinci, aktivində 54 xalı olan Şahbuz məktəbliləri isə üçüncü olublar. Şəxsi göstəricilərdə ən yaxşı nəticəyə Culfa komandasının üzvü Kamran Məmmədov imza atıb. Qızlar arasında isə bu baxımdan Şərur məktəblisi Nuray Gözəlova fərqlənib.

Yarışda fərqlənən məktəblilər Naxçıvan yığma komandasına dəvət olunublar.

Yeni formalaşdırılan heyətin Respublika Birinciliyində iştirakı üçün hazırlıqlara yaxın  günlərdə  start veriləcək. 

 

                                                                                       Emil Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: