ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında avtoqolların sayı diqqət çəkib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Squawka" statistik platforması məlumat yayıb.
Bildirilib ki, mundialın ilk altı günündə artıq üç avtoqol qeydə alınıb. Paraqvay millisinin futbolçusu Damian Bobadilya, Qətər yığmasının üzvü Miro Muxaym və Misir millisinin oyunçusu Məhəmməd Hani topu öz qapılarından keçiriblər.
Beləliklə, DÇ-2026-da cəmi altı gün ərzində vurulan avtoqolların sayı 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının ümumi göstəricisini üstələyib. Həmin turnirdə iki avtoqol qeydə alınmışdı.
Qeyd edək ki, dünya çempionatları tarixində ən çox avtoqol 2018-ci ildə Rusiyada təşkil olunan mundialda vurulub. Həmin turnirdə futbolçular 12 dəfə topu öz qapılarından keçiriblər.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-dək davam edəcək.
