Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq

A- A A+

Belə bir məsuliyyətli işi mənə həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edirəm.

NUHÇIXAN xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Cavid Hüseynov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Naxçıvan təmsilçisinin Premyer Liqaya rəng qatdığını bildirib: “Hər mövsüm iddiası ilə seçilir. Biz də çalışacağıq ki, bu komanda ilə uğur qazanaq. Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandır. Məsuliyyətimizi anlayırıq. Təbii ki, asan olmayacaq. Heyətin formalaşdırılması üçün transfer çalışmalarını davam etdiririk. Bəyəndiyimiz futbolçuların keçidi üçün danışıqlar aparılır. Rəsmi razılaşma olduqca, klub tərəfindən açıqlama veriləcək”.

Qeyd edək ki, “Araz-Naxçıvan” Cavid Hüseynovla 1 illik müqavilə imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: