“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

A- A A+

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

Klubdan NUHÇIXAN-a bildirilib ki, Ülvi İsgəndərov yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. 2024-2025-ci illər mövsümündən “Araz-Naxçıvan”ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti birillikdir.

Qeyd edək ki, Naxçıvan təmsilçisi buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla yeni müqavilə imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: