UEFA Avropa Liqası: "Qarabağ"ın növbəti raunddakı mümkün rəqibləri dəqiqləşib

A- A A+

"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri azalıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə, "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Hammarbü" (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.

Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: