İngiltərənin "Arsenal" və İspaniyanın "Atletiko" komandaları hücumçuların dəyişdirilməsi ilə bağlı razılığa gəliblər.
NUHÇIXAN xarici mətbuata istinadla xəbər verir ki, London təmsilçisi Argentina millisinin üzvü Xulian Alvaresi heyətinə qatacaq. Əvəzində Viktor Dyökereş Madrid klubuna keçəcək, komanda isə əlavə olaraq 50 milyon avro əldə edəcək.
Qeyd edək ki, Viktor Dyökereş ötən mövsüm "Arsenal"ın heyətində 55 oyunda meydana çıxaraq 21 qola imza atıb. Xulian Alvares isə "Atletiko"nun forması ilə keçirdiyi 49 qarşılaşmada 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
