UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan klublarının növbəti raunddakı potensial rəqibləri müəyyənləşib.
“Neftçi” bu raundda "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
“Zirə” isə ilk mərhələdə Gürcüstanın “Torpedo” kollektivini mübarizədən kənarlaşdıracağı halda, "Hegelmann" (Litva) - "Payde" (Estoniya) cütünün ən güclüsü ilə üz-üzə gələcək.
Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab görüşləri isə iyulun 30-da baş tutacaq.
