Moskvada uşu üzrə Avropa çempionatına start verilib

A- A A+

Aprelin 24-dən mayın 1-dək Moskvada uşu üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Uşu Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, çempionatda komandamız yeniyetmə, gənc və kişilər kateqoriyalarında çinda və vinçun versiyaları üzrə mübarizə aparır.

Komandamız turnirə əsasən gənclərdən ibarət 16 nəfərlə qatılıb. Onların 6-sı vinçun, 10-u isə çinda növlərində öz qüvvələrini sınayırlar. Kişilərin yarışında üçqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov (60 kq), dünya çempionatının bürünc medalçısı, İslamiadanın gümüş və bürünc mükafatlarının sahibi Ruslan Piriyev (65 kq) mübarizə aparırlar. Vinçun yarışlarında isə Avropa çempionu Rasim Kərimov iştirak edir.

Yarışlarda yığma komandamızın heyəti uşu üzrə ənənəvi Azərbaycan çempionatında 1-2-ci yerləri tutmuş idmançılardan formalaşdırılıb.

Komandamız çempionata federasiyanın prezidenti Azər Həsənsoyun rəhbərliyi ilə qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: