Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatının qalibi olublar - FOTOLAR

A- A A+

Bosniya və Herseqovinanın Sarayevo şəhərində taekvondo üzrə klublararası Avropa çempionatı keçirilib.

NUHÇIXAN xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən idmançılar uğurlu çıxış edərək 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Aydan Hüseynova (36 kiloqram, “İrəvan” TK) və Rada Əsəd (44 kiloqram, “Mübariz” TK) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İslam Quluzadə (33 kiloqram, “Alpman” TK), Gökalp Çilingir (40 kiloqram, Nərimanov RİK) və Renad Zülfiqarlı (+57 kiloqram, “Alov” TK) yarışı gümüş medalla başa vurublar.

Əkbər Tağıyev (+30 kiloqram, “Atlet” TK) isə bürünc mükafata sahib çıxıb.

Azərbaycan klub təmsilçiləri ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub və çempionatın kubokunu qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: